Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 09:58

Zənzibarda ölənlərin sayı 200-ə çatıb

Zənzibarda sərnişin bərəsinin batması nəticəsində ölənlərin sayı 200-ə çatıb.

Zənzibarın dövlət naziri Mohamed Aboud 579 adamın xilas edildiyini deyir.

Məlumatlara görə 620 sərnişin üçün nəzərdə tutulmuş bərədə mindən artıq adam və 120 tona yaxın yük olub.

Tanzaniyanın tərkibində muxtariyyət statusu olan Zənzibar prezidenti 3 günlük matəm elan edib.

Bərə sualtı üzgüçülük üçün dünyada ən yaxşı yerlərdən biri olan Pemba adasına gedirmiş.
This item is part of
XS
SM
MD
LG