Keçid linkləri

2025, 19 İyun, Cümə axşamı, Bakı vaxtı 20:41

Liviya üsyançılarının lideri Tripoliyə gəlib


Mustafa Abdel Jalil
Mustafa Abdel Jalil
Liviyadakı müvəqqəti milli şuranın rəhbəri Mustafa Abdel Jalil şənbə günü qiyamdan sonra ilk dəfə olaraq paytaxt Tripoliyə gəlib.

O hava limanında çıxış edərkən əhalini birliyə, günahları bağışlamağa və ölkəni tezliklə bərpa etməyə çağırıb.

O həmçinin Qaddafiylə məsələnin hələ ki, tam bitmədiyini deyib.

Məlumatlara görə, NATO təyyarələri şənbə günü Bani-Valid şəhərində Qaddafi qüvvələrinin mövqelərini bombalayıb.

Həmçinin Qaddafinin doğma şəhəri Sirt ətrafında döyüşlər gedir.
XS
SM
MD
LG