Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Mart, Cümə axşamı, Bakı vaxtı 09:27

Mükafat qazanan roman çap edildi (Əsərdən bir parçanı oxu)


Yazıçı Nəriman Əbdülrəhmanlının Milli Kitab Mükafatının builki müsabiqəsində III yeri bölüşmüş “Yolsuz” romanı “Əli və Nino” nəşriyyatında çapdan çıxıb.

"Media forum" saytı bildirir ki, müəllifin “Könül elçisi” və “Yalqız” romanlarından sonra üçüncü irihəcmli əsəri olan “Yolsuz” özünəməxsus psixoloji araşdırmadır.

Müəllif bu romanında da son illərdə qələmə aldığı hekayələrində olduğu kimi qəhrəmanlarının mənəvi yaşantılarını təfərrüatına kimi təsvir edib.

Mənəvi özünəqəsddən cismani özünəqəsdə aparan yol hansı mərhələlərdən keçir? İnsan ömür adlandırdığı yolun hara apardığını bilirmi?

Əsərin qəhrəmanı psixoloq-yazıçı bu suallara cavab axtara-axtara... roman yazır. O, əslində “mənəvi qətl”i araşdıran detektivdir.

“Yolsuz” romanı psixoloji situasiyaların gərginliyi və təfərrüatın dolğunluğu ilə diqqət çəkir.

ƏSƏRDƏN BİR PARÇANI OXU

"Media forum"
XS
SM
MD
LG