Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:25

«İstiqlal»-«Traktorsazi» oyunundan sonra İranda iğtişaşlar başlayıb


«İstiqlal»-« Traktorsazi» oyunu
Tehranda yerli «İstiqlal» klubu ilə Təbrizin «Traktorsazi» komandası arasında keçirilmiş oyunun təbrizlilərin qələbəsi ilə nəticələnməsi qarşıdurma yaradıb.

Bu barədə AzadlıqRadiosuna Təbrizdən məlumat veriblər. Bildiriblər ki, oyundan əvvəl stadionun qarşısında toplaşan minlərlə «Tıraxtur» azarkeşi «Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!», «Azərbaycan var olsun, istəməyən kor olsun!» şüarlarını səsləndiriblər. Polislə qarşıdurma yaranıb, xəsarət alanlar və həbs olunanlar var.

Təhlükəsizlik qüvvələri ilə daha bir toqquşma Səttərxanın məzarı yaxınlığında baş verib. Burada da xəsarət alanlar və həbs edilənlər olub.

Tutulanlar arasında azərbaycanlı fəal Abbas Lisaninin də olduğu bildirilir.

Təbrizdə də təhlükəsizlik qüvvələri ilə «Tıraxtur»un qələbəsini bayram etmək istəyən əhali arasında münaqişə baş verib. Xeyli müddət yollar bağlanıb, maşınların hərəkəti dayanıb.

Saxlanılanların kimliyi və sayı barədə hələlik dəqiq məlumat yoxdur.



XS
SM
MD
LG