Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 03:58

Obama deyir ki, ABŞ son 10 ildə daha güclü olub


ABŞ 11 sentyabr terror aktlarından sonra daha güclü olub və terror təhlükəsinə baxmayaraq irəliləməkdə davam edəcək.

Bunu ABŞ prezidenti Barack Obama radioyla həftəlik çıxışında deyib.

Prezident qeyd edib ki, hərbçilər, kəşfiyyat və hüquq mühavizə orqanlarının səyi nəticəsində Əl Qaidə nüfuzunu itirir və onu məğlubiyyət gözləyir.

Barack Obama bazar günü terror aktlarının törədildiyi Nyu-Yorkdakı əkiz qüllələrin yeri və Pentaqonun binasına baş çəkəcək.

11sentyabr teror aktları nəticəsində 3 minə yaxın adam ölüb.

Terror aktlarının 10 illiyinə görə Birləşmiş Ştatlarda təhlükəsizlik tədbirləri gücləndirilib.
XS
SM
MD
LG