Keçid linkləri

2026, 11 Oktyabr, bazar, Bakı vaxtı 13:17

İrranda 2 nəfər edam edilib

İranda narkotik alverində təqsirli bilinən 2 nəfər asılıb.

İSNA agentliyinin məlumatına görə, edam Sari şəhərindəki həbsxanada icra edilib.

France Press agentliyinin məlumatına görə, təkcə bu il İranda 179 adam asılıb.

Amma hüquq müdafiəçiləri edam edilənlərin bundan qat-qat çox olduğunu deyirlər.

İranda qətl, zorlama, ərinə xəyanət, silahlı qarət və narkotik alverinə görə ölüm hökmü kəsilir.
This item is part of
XS
SM
MD
LG