Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:39

İlham Əliyev teleseriallar çəkilməsinə pul ayırdı


Sentyabrın 9-da prezident İlham Əliyev Milli telefilmlərin, habelə teleserialların çəkilişini dəstəkləmək məqsədilə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına 5 milyon manat vəsait ayrılması barədə sərəncam imzalayıb.

Prezidentin saytında yerləşdirilən məlumata görə, sərəncamda deyilir ki, “Müasir dövrdə ölkəmizin ictimai-siyasi və mədəni həyatında yerli televiziya kanallarının yayımladığı verilişlərin və müxtəlif telefilmlərin əhəmiyyəti getdikcə artaraq, gənc nəslin tərbiyəsində əsas amillərdən birinə çevrilir. Azərbaycanda mənəvi inkişaf sahəsində həyata keçirilən çoxsaylı dövlət proqramları, milli-mənəvi dəyərlərin qorunmasına yönəlmiş geniş tədbirlər yerli kino istehsalının inkişafına, o cümlədən telefilmlərin çəkilişinə ehtiyacı günü-gündən artırır”.

Sonda qeyd olunur ki, bu qərar Azərbaycan xalqının mədəni irsini təbliğ edən və mənəvi-əxlaqi dəyərlərini aşılayan telefilmlərin milli şüurun formalaşmasında, gənc nəslin inkişafında böyük əhəmiyyətini nəzərə alınaraq verilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG