Keçid linkləri

Təcili xəbərlər
2023, 22 Mart, çərşənbə, Bakı vaxtı 23:09

Gürcüstanda 15 müxalifət tərəfdarına həbs cəzaları kəsildi


Gürcüstan məhkəməsi müxalifətin 15 tərəfdarına qanunsuz hərbi birləşmə yaratmaq ittihamı ilə müxtəlif həbs cəzaları kəsdi.

Tbilisi məhkəməsinin qərarında deyilir ki, onların cinayətləri sübut olundu və həmin adamlara 6 aydan 6 iləcən həbs cəzası verildi.

Həmin qrup keçmiş müdafiə naziri İrakli Okruaşvilinin may ayındakı müxalifət nümayişləri zamanı Gürcüstana qayıtmasına kömək etməkdə ittiham olunur.
XS
SM
MD
LG