Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 01:59

Zəvvarlar həm Məkkə, həm də Kərbəlaya gedəcəklər

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənədlərin qəbul prosesi başa çatıb. Bu haqda Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən məlumat verilib.

İdarədən bildiriblər ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 2000 nəfərlik kvota ayrılıb. Zəvvarlar avtobus və təyyarələrlə ziyarətə gedə biləcəklər.

Zəvvarların səfəri Türkiyənin “Ulusoy” şirkətinə məxsus avtobuslarla həyata keçiriləcək Avtobusla Həccə getmək zəvvarlara 2650 manata başa gələcək. Təyyarə ilə səfər xərci isə 3750 manat təşkil edir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaq basdı vergisi, çadırların icarə haqqı daxildir.

Qeyd edək ki, bu il ziyarət xərci bahalaşıb. Belə ki, müqəddəs ziyarətə avtobusla gedənlər ötən ilə nisbətən 150 manat, təyyarə ilə gedənlər 250 manat çox ödəyəcək.

Bu il ziyarətin qiymətləri ilə yanaşı, səfərin marşrutunda da dəyişiklik olub. Belə ki, ötən il Həcc ziyarətinə avtobuslar Azərbaycan-Gürcüstan-Türkiyə-Suriya-İordaniya-Səudiyyə Ərəbistanı marşrutu ilə hərəkət edirdilər.

Bu il isə Suriyada baş verən hadisələrlə əlaqədar zəvvarlar Həccə Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə gedəcəklər. Onlar İraqdakı müqəddəs yerləri, o cümlədən Kərbəlanı da ziyarət edəcəklər.

Təyyarə ilə səfərə çıxan zəvvarlar 28-31 oktyabr tarixlərində müqəddəs məkanlara yola düşəcəklər. Avtobusların vaxtı barədə isə əlavə məlumat veriləcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG