Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Ankara Samsun-Ceyhan neft kəmərinin tikintisində israrlıdır


Türkiyə prezidenti Abdulla Gül deyib ki, Samsun-Ceyhan neft kəmərinin çəkilişində Ankara təkid edir.

Həmin kəmər Türkiyənin Qara dəniz və Aralıq dənizi sahillərini birləşdirməklə, neftin tankerlərlə Bosfor və Dardaneldən daşınmasını azaltmalıdır.

Gül bunları Yaroslavlda Rusiyanın təşkil etdiyi siyasi forumda deyib.

Gülün dediyi plan 10 ildən çoxdur ki, gündəlikdədir və bu kəmərlə gündə 1,5 milyon barrel neft daşına bilər.
Kəmərə nefti isə Rusiya və Qazaxıstan verə bilər.
XS
SM
MD
LG