Keçid linkləri

2026, 06 Sentyabr, bazar, Bakı vaxtı 04:12

Suriyada 18 yaralı zorla xəstəxanadan çıxarılıb

Suriyada təhlükəsizlik qüvvələrinin əməkdaşları 18 yaralını zorla Homs şəhərindəki xəstəxanadan çıxarıblar.

Həmin adamlar sentyabrın 6-da hökumət qoşunlarının Homsda keçirdiyi əməliyyat zamanı yaralananlar olub. Hüquq müdafiəçilərinin məlumatına görə, həmin gün azı 20 adam öldürülüb.

Məlumatı hüquq müdafiə təşkilatı Human Rights Watch aralarında həkimlərin də olduğu şahidlərə istinadən yayıb.

BMT-nin məlumatına görə, mart ayından Suriyada prezident Bashar Assadin istefası tələbi ilə keçirilən etiraz aksiyalarında 2200-dən artıq adam öldürülüb.
This item is part of
XS
SM
MD
LG