Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:21

Nazir müavini: «Azərbaycan MDB və Şərqi Avropada ən sabit ölkələrdəndir»


«Azərbaycan MDB və Şərqi Avropada ən sabit ölkələrdən biri sayılır. Hər gün ölkəyə minlərlə qonaq gəlir, onlar Azərbaycanda sabitliyin, cinayətlərin sayının az olmasını xüsusi qeyd edirlər».

Bunu Daxili İşlər nazirinin müavini Oruc Zalov deyib.

O, DİN-in «102» xidmətinin bölgələrdə də fəaliyyət göstərdiyini, «qaynar xətt» nömrəsinə gün ərzində 2500-3000 müraciət daxil olduğunu bildirib.

«Lakin həmin müraciətlərin 80 faizinin DİN orqanlarına aidiyyəti olmur», - deyə nazir müavini bildirib.

O.Zalov Azərbaycan vətəndaşlarının, xüsusilə Ermənistandan qaçqın düşmüş şəxslərin SSRİ dövründən qalmış pasportlarının DİN-də saxlanıldığını da deyib. /apa/
XS
SM
MD
LG