Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:24

Qənimət Zahid Fransaya gedir, seçici siyahılarındakı ölülər


Mətbuat icmalı
Mətbuat icmalı
QƏNİMƏT ZAHİD FRANSAYA GEDİR

«Azadlıq» qəzeti: Qəzetin Türkiyədə müalicə olunan baş redaktoru Qənimət Zahid redaksiyaya məktub göndərib. O, məktubunda yazır ki, uşaqlarına bu ilin aprelində hədə-qorxu gəlinib, mayda uşaqların məktəbə getməsinə icazə verməyib. İyunda Türkiyəyə müalicəyə gedən Qənimət Zahid ailəsini də özüylə götürüb, yazır ki, «buna məcbur idim, onları orada qoya bilməzdim». Baş redaktor deyir ki, Fransaya yola düşür, bunu beynəlxalq media təşkilatları tövsiyə ediblər:

«Ailəmin orada yerləşdirilməsi ilə bağlı texniki məsələləri yoluna qoyub Azərbaycana dönəcəm və bunun çox zaman alacağını düşünmürəm. Mən özümü Azərbaycanda demokratiya uğrunda hərəkatdan kənarda təsəvvür etmirəm, mənim həyatım bu proseslərdən ibarətdir…».

ELMİRA SÜLEYMANOVA MSK-NI BİABIR ETDİ

«Yeni Müsavat» qəzeti: «Seçici siyahılarında vəfat etmiş şəxslərin adlarına rast gəlmək olur». «APA» xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslardakı çıxışında ombudsman Elmira Süleymanova deyib. O, DSK sədrlərinə bu cür məsələlərdə diqqətli olmağı tövsiyə edib:

«Bir də görürsən bir beynəlxalq müşahidəçi gəlib 1200 nəfər seçici arasında barmağını məhz ölən şəxsin üzərinə qoyur. Sonra da bir faktla beynəlxalq aləmdə səs-küy qaldırırlar ki, Azərbaycanda seçki o qədər pis keçirilir ki, hətta ölən şəxslərin də adları siyahıda olur və s. Halbuki həmin şəxs cəmi bir həftə əvvəl rəhmətə gedib. Bu məsələlərdə diqqətli olmaq lazımdır…».

SU TƏCHİZATINA 100 MİLYON MANAT

İlham Əliyev Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimində
«Azərbaycan» qəzeti: Sentyabrın 8-də prezident İlham Əliyev Abşeron rayonunda «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun təməlqoyma mərasimində iştirak edib.
Prezident İlham Əliyev çıxışında deyib:

«1990-cı illərin sonunda mövcud olan bu qurğularda təmir işləri aparılmışdır. Ancaq biz yenə də çalışırıq və çalışmalıyıq ki, Azərbaycana dünyanın ən qabaqcıl texnologiyalarını gətirək, bütün sahələrdə tətbiq edək. Bir daha demək istəyirəm ki, insan sağlamlığı üçün əsas olan su təchizatı məsələlərində biz bu yüksək səviyyəni təmin etməliyik. Bu layihə böyük vəsait tələb edəcək. Təqribən 100 milyon manata qədər vəsait xərclənməlidir. Ancaq Azərbaycan dövləti bu xərcləri edir və edəcəkdir. Bu, insanların sağlamlığına qoyulan investisiyalardır. Ən vacib investisiyalar Azərbaycanda insan kapitalına qoyulan investisiyalardır…

Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi hesab edirəm ki, tarixi hadisədir. Çünki bilirsiniz ki, uzun illər ərzində bu layihə ilə bağlı müxtəlif fikirlər səslənirdi, təkliflər irəli sürülürdü. Ancaq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu layihə reallaşa bilmişdir. Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi və tədricən işə başlaması nəticəsində Bakı şəhərinin bir neçə rayonunda su təminatı daha da yaxşılaşdırılmışdır. Qarşıya qoyulmuş əsas vəzifə ondan ibarətdir ki, hər bir məntəqədə, hər bir qəsəbədə, Bakı şəhərinin hər bir rayonunda 24 saat fasiləsiz suyun təminatı təşkil edilsin…».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG