Qaddafi rejimi ona qarşı kütləvi etirazlar zamanı hərbçilərin maaşını ödəmək üçün ölkənin qızıl ehtiyatının 20 faizini satıb.
Bunu cümə axşamı Tripolidə mərkəzi bankın yeni rəhbəri Qassim Azzuz deyib.
Onun sözlərinə görə, keçmiş hakimiyyət apreldə yerli treyderlərə 29 ton qızıl satıb.
Liviyanın qızıl ehtiyatı təxminən 145 tondur.
Amma o üsyan vaxtı ölkədə bank kapitallarının itmədiyi və ya oğurlanmadığını deyib.
Qassim Azzuzun sözlərinə görə hazırda ölkənin 115 milyard dollar məbləğində bank aktivləri var ki, bunun 90 milyardı xaricdədir.