Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 09:18

İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Sentyabrın 8-də Dünya Azərbaycanlıları Konqresi (DAK) İranın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları «Urmu gölü quruyur, Azərbaycan oyanmasa, uduzdu!», «Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!» və s. şüarlar səsləndiriblər.

Aksiya zamanı DAK-ın bəyanatı da səsləndirilib.

Aksiya icazəsiz olduğundan, polis aksiyanın davam etməsinə mane olub, aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb.

Lakin bəyanat İran səfirliyinə təqdim olunub. /Trend/
This item is part of
XS
SM
MD
LG