Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Dekabr, bazar, Bakı vaxtı 05:53

Türkiyə prezidentinin müşaviri Türkiyə-Azərbaycan münasibətləri barədə


«Azərbaycanın regionda güclənməsi Türkiyə, eləcə də bütün türk xalqı üçün çox mühümdür».

Bunu «Trend»ə Türkiyə Prezidentinin müşaviri Erşad Hürmüzli deyib.

O bildirib ki, Azərbaycanın maraqlarına zərər gətirən hər şey Türkiyənin də problemidir.

«Ankara və Bakı Azərbaycan-Türkiyə münasibətlərini «bir millət - iki dövlət» prinsipi ilə qururlar. Türkiyə Azərbaycanın problemlərini öz problemi kimi qəbul edir», - Hürmüzli telefonla deyib.

O, əlavə edib ki, Türkiyə və Azərbaycan arasında qardaş münasibətlər heç kəsi narahat etməməlidir.
XS
SM
MD
LG