Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 09:36

Təyyarə qəzasında həlak olanların hamısının cəsədi tapılıb (VİDEO)


Rusiyadakı təyyarə qəzasında 43 nəfər həlak olub
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

AP agentliyinin yaydığı həvəskar görüntülər Yak-42 təyyarəsinin düşdüyü yerdən çəkilib. Təyyarə Lokomotiv Yaroslavl xokkey komandasını Minskə, Kontinental Xokkey Liqasının oyununa aparırdı. Həlak olanlar arasında 8 xarici ölkədən olan idman ulduzları və m

Yaroslavl şəhəri yaxınlığında Yak-42 təyyarəsində baş vermiş qəza nəticəsində həlak olan 43 nəfərin hamısının cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyinin yerli idarəsinin məlumatına görə, hazırda cəsədlər üzərində tanınma keçirilir.

Təyyarədə 45 nəfər olmuşdu. Onlardan 37 nəfəri Lokomotiv (Yaroslavl) hokkey komandasının üzvü idi. İki nəfərdən başqa təyyarədə olanlar hamısı həlak olub.

Bu gün Rusiya prezidenti qəza yerinə baş çəkəcək, qəzanın səbəblərini araşdıran komissiyanın iclasında iştirak edəcək.

Sentyabrın 9-u üçgünlük matəm elan olunub.
XS
SM
MD
LG