Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:45

QİSMƏT. Şeirlər




QİSMƏT

Şeirlər












Getməyin qeyri-mümkünlüyü

Bəzən
heç nəyə əl vurmadan
çıxıb getmək istəyir adam.
Darıxıb bir gün
evdən başını götürüb,
bir az qonşu pəncərədəki qızı,
bir az qızın gözlərindəki özünü götürüb,
şkafdan əlcəyin əllərini,
eynəyin gözünü götürüb
getmək istəyir.

Güzgülər üzün üçün darıxacaq deyə,
arxanca ancaq işıqlar baxacaq deyə,
özündən qabaqdakı kölgəsini
ötmək istəyir adam.
Bəzən dünyadakı
təkrar səhərlərdən,
yorğun axşamlardan bezib,
bütün, bütün adamlardan bezib
dəli bir axtarılmaq həsrətiylə
itmək istəyir adam.

Həmişə harasa getmək...
Məsələn,
Parisə,
Londona,
İstanbula,
açıq kosmosa,
Marsa,
Aya...
Bəzən istəmədən gedir adam
Məsələn,
dərsə,
işə,
görüşə - o dünyaya...


Aydınlıq

Yağış səhərəcən yağsın şəhərə,
Hamının dərdini yusun aparsın.
Quşlar qonaq gəlsin mavi Xəzərə,
Balıqlar evinə yosun aparsın...

Ölüm qapımıza elə gəlsin ki,
Birini alanda, biri qayıtsın...
Uşaqların üzü elə gülsün ki,
Mərmilər utanıb geri qayıtsın.

Yağış səhərəcən yağsın şəhərə,
Titrəsin evlərin navalçaları....
Yağmur mələkləri enmişkən yerə,
Verək aparsınlar tapançaları...

Bir qızın eyvanda əlləri donsun,
Qız durub boylansın küçəyə bir də...
Çətirsiz bir oğlan islanıb dursun,
Qız gözü küçədə darıxan yerdə...

Oğlan o küçəyə çəkdikcə keşik,
Səkidə titrəyən kölgə islansın.
Asfaltdan su içən qonur bir pişik,
Çətirsiz oğlanla birgə islansın.

Bir gün hamımıza elə gəlsin ki,
Yağışlar yağırsa hər şey düzələr...
Sinoptiklər çıxıb xəbər versin ki,
Sabahdan adamlar sevinə bilər.

Yağış səhərəcən yağsın səhərə...



Ya/ğm/urda gəzinti / / / / /

/ / / / / /
Ax/şam tək ba/şıma / təşvi/şlə / / əl-ələ / tutuşub
Şəhə/rdə, yağı/şda, n/imdaş pla/şda / / / / /
Öpü/şənl/ərin / tə/laşıyla / siqa/ret ç/əkir , / g/əzişirəm. /
Ax/şam/ şəhər / kond/uktor / çəkməsi / qədər bulaşıq / / / /
və çəti/rsiz bir / eynə/klin/in eynəyi / qəd/ər ya/ş. / / / / /
Məl/əklər / ordusu / şəh/ərə tərəf / damcı-damcı az/almada / / /
şüt/üməd/ə maş/ınlar,/ qaçış/ma/da uşa/qlar / / / / /
Ağ/aclar saçlarını, / binalar qırışlarını / yumaq / yarışında... / / /
/ şəhərin hər / qarışında / / / / / / /
G/özləri / yaş/ar/ır kü/çə/lərin. / / / / /
darı/xıram... / / / / / / / / /
/ / / / / /
bu/ axşa/m / / / / / / / / /
keçm/işi düş/ünürəm. / / / / /
ya/dıma nə/sə /düşü/r... / / / / / / / / / /
ü/şüyü/rəm... / / / / / / /
/ / / / / / / / / / / /
Iç/imdə / bir şeir, / / / / / / / / /
baş/ımda bir eşq, / / / / / / / / / / /
p/laşım / ya/ş, / / / / / / / / /
qarş/ımda b/ir yo/l... / / / / / / / /
/çətirli / cütlü/klərə / baxı/b isl/anır/am / ya/vaş-yav/aş... / / /


Pessimizm

Adamlar nə qədər ümidlidi,
nə qədər xəbərsiz ...
ümidlərinə yazığım gəlir.

Viktorina dünya, yarışma-dünya
sualların ömür uzunluğunda
hamımız məğlub.

cana gəldik ölümlərdən...

deyin hansıdı AZADLIQ?

a) Heç biri
b) Heç biri
c) Heç biri
d) Heç biri


Bağışlanma

Özünə məhkum olduqca
özün cavablar verdikcə öz suallarına
çəpərlərin böyüyər, hasarların ucalar
adamlar o tayda qalar,
sən eynəklərinin arxasında...

mən tütünlər çəkib şərablar içmiş,
dənizlərdə günəşlər batırmış adamam.
özündən yaxşı heç kim aldatmır adamı...

hara gedirəm gedim
harda gizlənirəm gizlənim
elə hey arxamca düşür
yeni günün axşamı.
Amma bilirəm
gün gələcək uduzacaq eynəklər gözlərə,
şairlər sözlərə uduzacaq gün gələcək
səslər qulaqları bağışlayacaq,
yollar ayaqları.
Allah uşaqları...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG