«Cənab prezident, xahiş edirəm, mənə evimi, pulumu qaytarmağa və baş verən cinayətin üstünün açılmağına kömək edin».
Ağsu rayon sakini Bahəddin Fərəcov Rusiya prezidenti Dmitri Medvedevə müraciət edib. O, 2009-cu ildə 18 yaşlı qızının Mərkəzi Klinik xəstəxanada cərrahiyyə zamanı həkimlərin xətası üzündən öldüyünü iddia edir. Deyir Azərbaycan prezidentinə və onun xanımına üzləşdiyi hadisə ilə bağlı 10 dəfə yazılı müraciət edib. İndiyə qədər həmin müraciətlərə cavab ala bilməyən Bahəddin Fərəcov Rusiya prezidentinə müraciət edib ki, Azərbaycan vətəndaşının üzləşdiyi problemi İlham Əliyevə çatdırsın. Bahəddin Fərəcov Rusiya prezidentinə yazır ki, əgər bu da alınmasa, ona öz ölkəsində sığınacaq versin.
RAZILIQ VƏ TİBBİ XİDMƏT MÜQAVİLƏLƏRİ-KİMİN ÖHDƏLİYİ DAHA ÇOXDUR?
Bahəddin Fərəcov qızının əməliyyat olunması ilə bağlı Mərkəzi Klinik xəstəxana ilə bağladığı «razılıq» müqaviləsini AzadlıqRadiosuna təqdim edib. Həmin müqavilədə ata qızının beyin əməliyyatı olunmasına razılıq verir. «Azad iradəsilə əməliyyatın keçirilməsini tələb edən ata, həkim səhvi istisna olmaqla, göstərilən xidmətlərin uğursuzluğunun maddi və mənəvi məsuliyyətini öz üzərinə götürür». Daha sonra qeyd edir ki, «əməliyyat və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq xəstəxanaya ödənilən 7 min 152 manat məbləğin mənə geri ödənilməyəcəyini qəbul edirəm».
Daha sonra Bahəddin Fərəcov xəstəxana ilə «tibbi xidmət müqaviləsi» də bağlayıb. Ata deyir ki, 8 maddəlik müqavilədə bütün öhdəliklər xəstə və ya onun yaxınlarının üzərinə qoyulur.
DİAQNOZ BİR, ÖLÜM SƏBƏBİ BAŞQA
Bahəddin Fərəcovun bizə təqdim etdiyi sənəddə qızının xəstəxanaya beynin 3-cü mədəcik daxili şişi diaqnozu ilə daxil olduğu göstərilsə də xəstənin ölüm kağızında onun ürək çatışmazlığında öldüyü qeyd olunub. Ata bunu da xəstəxananın «qeyri-müəyyənliyi» hesab edir.
Bahəddin Fərəcov deyir ki, tərəflərin öhdəliyi ilə bağlı birtərəfli müqavilədə bütün məsuliyyət xəstənin və ya onun yaxınlarının üzərinə qoyulduğundan indi heç kim onun müraciətinə baxmır. Deməsinə görə, müqavilədə klinikaya ödədiyi məbləğ göstərilsə də o qızını əməliyyat edən türkiyəli həkimə 10 min manat, buna qədər isə müxtəlif özəl klinikalarda aparılan müayinəyə də 2500 manat pul ödəyib. Atanın iddiasına görə, qızı əməliyyat stoluna götürüləndən yarım saat sonra ölsə də, 4 gün sonra xəstəxana həkimlərindən biri ona övladının elə həmin gün öldüyü barədə məlumat verib. Bahəddin Fərəcovun sözlərinə görə, həmin müddətdə ona qızının əməliyyatdan uğurla çıxdığını və reanimasiya şöbəsində olduğunu deyiblər.
MƏRKƏZİ KLİNİKA İTTİHAMLARI QƏBUL ETMİR
Mərkəzi Klinik xəstəxananın hüquq şöbəsinin müdiri Ramin Rzayev vətəndaşın ittihamları ilə razı deyil. Şöbə müdirinin deməsinə görə, Bahəddin Fərəcovun hüquq-mühafizə orqanlarına və digər aidiyyatı qurumlara etdiyi müraciətlərə klinika lazımı sənədlərlə cavab verib:
«Yazılan şikayətlər yönləndirilib bizim müəssisəyə, bizim müəssisə də ətraflı şəkildə həmin müraciətlərə cavab verib. Tibbi sənədlər də təqdim olunub. Araşdırma aparılıb və vətəndaşa da bu barədə cavab verilib. Bu iş prokurorluq orqanlarında da araşdırılıb. Və araşdırmalar nəticəsində bu iddiaların yersiz olduğu elə araşdırma aparan qurumlar tərəfindən bildirilib».
«MÜQAVİLƏMİZ AVROPA STANDARTLARINA UYĞUNDUR»
Qaldı ki, müqavilənin birtərəfli olmasına, şöbə müdiri bununla da razılaşmır. Deyir onların hazırladığı müqavilədə əslində daha çox məsuliyyət xəstəxananın üzərinə qoyulub:
«O vətəndaşın dediyinin tam əksinə olaraq Avropa xəstə hüquqları konvensiyasında nəzərdə tutulan bütün hüquqlar bizim müqavilənin mətnində öz əksini tapıb».
Ramin Rzayevin deməsinə görə, xəstə və ya onun yaxınlarının üzərinə qoyulan öhdəlik xəstəxananın daxili qaydalarına riayət etmək və ödəniş qaydalarını yerinə yetirməklə bağlıdır. Şöbə müdirinə görə, müqavilədə «həkimin səhvi istisna olmaqla» ifadəsi də əslində xəstəxananın məsuliyyətindən xəbər verir. Xəstənin əməliyyat stolunda ölməsi barədə deyilənləri isə hüquq şöbəsinin müdiri əsassız sayır.
PROKURORLUQ ƏLAVƏ YOXLAMALAR APARIR
Səbael rayon prokurorunun köməkçisi Rəsmiyyə Kazımova hazırda bu işlə bağlı əlavə araşdırma aparıldığını deyir. Prokuror köməkçisi AzadlıqRadiosuna deyib ki, yoxlamanın başa çatması ilə bağlı qərar qəbul edilmədiyindən nəticə barədə heç bir məlumat verə bilməyəcəklər.
«AĞIR ŞƏRTLİ MÜQAVİLƏLƏR»
Hüquqşünas Qurban Məmmədov deyir ki, xəstəxanalarda xəstələr və ya onların yaxınları ilə bağlanan müqavilələrin hamısında müalicə müəssisələrinin hüquqları müdafiə olunur, xəstələrin isə hüquqları xeyli məhdudlaşdırılır. Qurban Məmmədovun deməsinə görə, tək Mərkəzi Klinikdə deyil, bütün xəstəxanalardakı bu tip müqavilələr mülki hüquqda «ağır şərtli müqavilələr» adlandırılır. Hüquqşünas ağır şərtlər altında imzalanan bu kimi müqavilələri etibarsız müqavilələr hesab edir.