AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex (Malta) və Pedro Aqramunt noyabrda ölkəmizə səfər etməyi planlaşdırır.
Bu barədə «APA»ya AŞPA-dakı məlumatlı mənbə xəbər verib.
Səfərin tarixi və proqramı oktyabrın 3-7-də Strasburqda keçiriləcək AŞPA-nın payız sessiyasından sonra müəyyənləşəcək.
Səfərin məqsədi Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini dəyərləndirməkdir.
Həmməruzəçilər bu ilin fevralında analoji missiya ilə Azərbaycanda səfərdə olublar. Onlar Azərbaycan prezidenti, Milli Məclisin spikeri, ədliyyə naziri, milli təhlükəsizlik naziri, MSK sədri, siyasi partiyaların nümayəndələri və Ombudsmanla görüşüblər.