Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:22

ABŞ-ın İraqdan qoşunlarını çıxaracağı hələ sual altındadır


İraqda Amerika qoşunlarının saxlanma müddətinin uzadılması ilə bağlı qərar hələ verilməyib. Bunu ABŞ-ın müdafiə naziri Leon Panetta deyib.

O, KİV-də gedən məlumatlara münasibətini bildirib. KİV-in yaydığına görə, 4 minə yaxın Amerika hərbi qüvvələrinin İraqda olma müddəti bu ilin sonunda başa çatandan sonra da onlar ölkədə saxlana bilər.

Ağ Ev elan edib ki, onlar hələ ki, qüvvələrinin İraqda saxlanması ilə bağlı bu ölkədən rəsmi müraciət almayıblar.

Şimali İraqın kürd hökumətinin lideri Massud Barzani dünən Vaşinqtonu bütün hərbi qüvvələrini İraqdan çıxarmamağa çağırıb. Barzaninin fikrincə, İraqda vətəndaş müharibəsi təhlükəsi qalmaqdadır.
XS
SM
MD
LG