AMNİSTİYA GÖZLƏYİRİK
Avqustun 27-də Göyçay Rayon Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş hüquq müdafiəçisi Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli ümid edir ki, yaxın vaxtlarda ölkədə amnistiya elan ediləcək:
«Amnistiya elan olunacağını gözləyirik. Tək qardaşım yox, 2 aprel aksiyası iştirakçılarının hamısının amnistiyaya düşəcəyini gözləyirik. Baxmayaraq ki, onların heç birinin günahı yoxdur, yenə də mən onların amnistiya ilə azadlığa buraxılmalarını istəyir və gözləyirəm».
Oqtay İsgəndərli deyir ki, oktyabr ayında AŞPA-da Azərbaycanda siyasi məhbuslar məsələsi müzakirə ediləcək. O istisna etmir ki, Azərbaycan hakimiyyəti AŞPA-nı qabaqlamaq üçün bu addımı atacaq.
Son vaxtlar ölkə mediasında Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə Milli Məclisdə tezliklə «Amnistiya aktı haqqında» qanun layihəsinin müzakirə ediləcəyi barədə məlumatlar yer alıb.
EHTİMAL HƏR ZAMAN VAR
Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsinin üzvü, deputat Fəzail Ağamalı deyir ki, müstəqilliyin 20 illiyi ilə bağlı cəmiyyətin, vətəndaşların rifahı naminə humanist addımların atılması ehtimalı hər zaman var. O cümlədən də amnistiya məsələsi istisna deyil. Amma hələlik parlamentə belə bir layihənin daxil olması barədə məlumat yoxdur:
«Məndə rəsmi olaraq belə bir məlumat yoxdur. Mən hətta ayın 5-də bu məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsinə sənədlərin qəbulu ilə məşğul olan şəxsə müraciət etdim. O da söylədi ki, Amnistiya ilə bağlı komitəyə hər hansı sənəd daxil olmayıb».
ÇOX CİDDİ MƏNBƏLƏR BUNU TƏSDİQLƏYİR
Hüquq müdafiəçisi Səidə Qocamanlı isə əmindir ki, müstəqilliyin bərpasının 20 illiyi ilə bağlı Amnistiya elan ediləcək. Onun sözlərinə görə, artıq sentyabrın ortalarında Milli Məclis «Amnistiya aktı haqqında» qanun layihəsini müzakirə edəcək:
«Bizdə olan məlumata görə, bu, sentyabrın 15-də olmalıdır. Bunu təsdiqləyən mənbələr var. Özü də onlar çox ciddi mənbələrdir. Yəni bu arada gəzən adi söz-söhbət deyil. Bu var və bildiyiniz kimi amnistiya təşəbbüsü ilə artıq ölkənin ombudsmanı Elmira Süleymanova da çıxış edib».
Səidə Qocamanlı deyir ki, Azərbaycanda son dövrlər Amnistiya aktı tez-tez qəbul edilir. Xüsusilə deputat Mehriban Əliyeva bu təşəbbüslə tez-tez çıxış edir. Müstəqilliyin belə əlamətdar bir dönəmində niyə bu addım atılmasın? Onun fikrincə, siyasi məhbus siyahısında adı olanlar da amnistiya aktı ilə azadlığa buraxılmalıdırlar ki, həm müstəqilliyin 20 illiyində, həm də «Eurovision» ərəfəsində bu problem tamamilə bağlansın. Hüquq müdafiəçisi hesab edir ki, kimlərin məhkum olunduğu maddə amnistiyaya düşməsə, onları da əfv fərmanı ilə azad etmək olar.
AMNİSTİYA LABÜDDÜR
Milli Məclisin Hüquq siyasəti və Dövlət Quruculuğu Komitəsinin digər üzvü, deputat Çingiz Qənizadə də deyir ki, hələlik komitəyə belə bir layihə daxil olmayıb. Amma bu heç də ümumiyyətlə parlamentə belə bir layihənin daxil olmadığı anlamına gəlməməlidir. O istisna etmir ki, «Amnistiya aktı haqqında» qanun layihəsi parlamentin poçtunda da ola bilər.
Deputat hesab edir ki, belə əlamətdar bir ildə amnistiya aktının qəbul edilməsi labüddür və ediləcək. O, tezliklə bu məsələ barədə məlumatın dəqiqləşəcəyini düşünür və hətta təşəbbüsü dəstəkləyəcəyini də deyir:
«Artıq amnistiyanın zamanıdır və cəzaçəkmə müəssisələrindəki gərginlik də bir balaca səngimiş olar. Amma bu ideyanın müəllifi kim olacaq-cənab prezident, yaxud millət vəkillərindən kimsə, bu barədə hələ heç nə deyə bilmərəm. Çünki layihəni görməmişəm, məlumatım yoxdur. Amma kim bu təşəbbüsdə olacaqsa, mən bu layihənin dəstəklənməsi üzrə çıxış edəcəm».
Çingiz Qənizadə deyir ki, siyasi aksiyalarda tutulan müəyyən insanlar var ki, onların da xeylisinin amnistiyanın təsiri altına düşmək imkanı var. Çünki onlara verilən ittiham üzrə sanksiyalar və maddələr o qədər ciddi və böyük deyil. Amma belə olmayacaqsa, ilin sonu üçün bir əfv fərmanı verərək həmin məsələni də həll etmək olar.