Keçid linkləri

2017, 26 İyul, çərşənbə, Bakı vaxtı 03:07
Facebook sosial şəbəkəsinin Azərbaycandakı istifadəçilərinin sayı axır 3 ayda 20,9 faiz, yaxud 81 560 nəfər artıb. Beləliklə də 472 220 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə Facebakers-in hesabatında deyilir.

Azərbaycan Facebook istifadəçilərinin sayına görə dünya ölkələri arasında ilk yüzlükdə yer alır – 93-cü yerdə.

Azərbaycan bu göstəriciyə görə Estoniya (95), Belorus (101), Qazaxıstan (105), Ermənistan (117) kimi ölkələri qabaqlayır.

Lider ölkələr isə bunlardır.

ABŞ (154 573 340 nəfər), İndoneziya (40 139 480), Hindistan (34 609 480), Türkiyə (30 280 580).

Facebook sosial şəbəkəsindən bütün dünyada 750 milyona yaxın şəxs istifadə edir.

Facebakers – Facebook şəbəkəsinin tərəfdaşıdır və sosial şəbəkə üzrə statistik məlumatları toplayır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG