Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Mart, Cümə axşamı, Bakı vaxtı 14:59

Sünnət üçün yaş həddi?


İraqda sünnət mərasiminə hazırlıq

Sünnət üçün yaş senzi tətbiq etmək lazımdır. Bu təklifi Norveç uşaq ombudsmanı Reydar Xyerman irəli sürüb.

“Dagbladet” nəşrinin yazdığına görə, uşaq hüquqlarının baş müdafiəçisi hesab edir ki, 15-16 yaşına qədər olan oğlanlar barədə müstəqil qərar verə bilməzlər:

“Yetkinlik yaşına çatmayanlar onların səhhətinə və dini baxışlarına aid olan sünnət haqda necə qərar verə bilər? Bizim söhbət etdiyimiz sünnətli 4 oğlandan 3-ü yaş senzinin tətbiqinin tərəfdarıdır. Amma onlar hesab edirlər ki, valideynləri mütləq bunu əleyhinə olacaq”.

Xyermanın təklifi dini xadimlər tərəfindən kəskin reaksiya ilə üzləşib. İlk olaraq yəhudilər bu fikrə qarşı çıxıblar. Norveç yəhudi icmasının rəhbəri bu təklifin onlar üçün rəsmən “sünnət qadağası” kimi səsləndiyini bildirib.

“Minimum yaş məsələsi faktiki olaraq sünnətin qadağan edilməsi deməkdir. Çünki biz uşaqlarımızı doğuşdan sonra səkkizinci günü sünnət edirik”.

İcma rəhbəri deyib ki, sünnət ekzistensional bir məsələdir, buna görə də uşaq ombudsmanının irəli sürdüyü təklifin çox əhəmiyyətli nəticəsi ola bilər.
XS
SM
MD
LG