Keçid linkləri

2026, 12 Avqust, çərşənbə, Bakı vaxtı 01:12

Dünya Bankının prezidenti yeni iqtisadi böhran gözləmir

Dünya Bankının prezidenti Robert Zoellick deyib, mümkündür ki, qlobal iqtisadiyyat zəif inkişaf etsin və işsizlik yüksək həddə qalsın, amma enmə gözlənmir.

- Güman etmirəm ki, ABŞ-da və dünayda tənəzzül olacaq, amma inamsızlıq yüksəkdir. ABŞ-da yəqin ki, iqtisadiyyat zəif inkişaf edəcək, işsizlik yüksək həddə olacaq, amma Avropada baş verənlər bütün dünyaya təsir edə bilər.

Zoellick bu gün Sinqapurda müxbirlərə deyib ki, Avropanın borc böhranı investisiyaçıların inamını təhlükə altına alıb. Onun sözlərinə görə, avrozona ölkələri arasında maliyyə inteqrasiyasını dərinləşdirməyə ehtiyac var və hökumətlər gərək öz büdcələri üzərində nəzarətin bir qismini qurban verələr.
This item is part of
XS
SM
MD
LG