Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:40

Bakıda «Eurovision» üçün konsert kompleksinin tikintisinə başlanılıb


Bayraq meydanı
Bayraq meydanı
Bakıda «Eurovision» mahnı müsabiqəsi üçün təklif olunan alternativ konsert kompleksinin - Milli Bayraq Meydanın yaxınlığında «Bakı Büllur Zalı»nın tikintisinə başlanılıb.

Bu barədə «Eurovision» müsabiqəsinin rəsmi saytında məlumat verilib.

Almaniyanın «ALPINE Bau Deutschland AG» şirkəti tərəfindən inşa olunacaq arenanın tutumu 25 min nəfər olacaq.

«Bakı Büllur Zalı» layihəsinin partnyoru olan «Nüssli AG» şirkəti Almaniyada keçirilmiş «Eurovision-2011»in səhnəsini qurmuşdu.

ALPINE müasir idman obyektlərinin tikintisində böyük təcrübəyə sahibidir. Bu sıraya Polşada keçiriləcək futbol üzrə Avropa çempionatı üçün tikilməkdə olan üç futbol stadionu da daxildir. /Trend/
XS
SM
MD
LG