Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:29

Yeni türkmən prezidenti öz "Ruhnamə"sini yazıb


Türkmən həkimləri "Ruhnamə"ni oxuyurlar...
Türkmən həkimləri "Ruhnamə"ni oxuyurlar...
Tərc: Feyziyyə


Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun tezliklə "türkmənlərə yol göstərən" kitabı çap olunacaq.

Yeni kitabın Berdıməhəmmədovdan əvvəlki prezident Saparmurad Niyazovun eyni məramlı "Ruhnamə" kitabını əvəzləyəcəyi bildirilir.

Azadlıq Radiosunun türkmən xidməti adının çəkilməsini istəməyən yerli ziyalılara istinadla xəbər verir ki, yeni kitab ya "Türkmənnamə". ya da "Adamnamə" adlanacaq.

Bu adlardan birinin seçilməsini türkmən yazıçısı Tacgeldi Qutliyev də bu ilin mayında - dövlətin nəzarətində olan "Türkmən dili" qəzetində çap etdiyi məqaləsində təklif etmişdi.

Türkmən ruhu haqda yeni kitabın yazılması təklifi də elə Qutliyevdən gəlmişdi.

O bunu yeni prezidentin hakimiyyət dövrünün "Türkmənistan tarixində yeni era" olması ilə əsaslandırmışdı.

Rəsmi ideologiya Berdıməhəmmədovun prezidentlik dövrünü "Böyük İntibah erası" kimi təqdim edir. Bundan əvvəlki prezident Niyazovun hakimiyyət dövrü isə "Qızıl era" adlandırılır.

Qurbanqulu Berdıməhəmmədov

Bu arada Berdıməhəmmədov hökumətə tapşırıb ki, ölkədə "Ruhnamə"nin 10 illiyi qeyd edilsin.

"Ruhnamə" 2001-ci il sentyabrın 12-də çap edilmişdi.

Berdıməhəmmədov hakimiyyətə gələndən sonra türkmənbaşı Niyazovun şəxsiyyətinə pərsətişlə bağlı təbliğat zəifləyib.

Niyazovun Aşqabadın mərkəzindəki heykəli götürülüb.

"Ruhnamə"nin dövlət televiziyasındakı təbliği azalıb.

Doğrudur, "Ruhnamə" hələ də orta məktəblərdə məcburi fənn kimi tədris edilir, amma əvvəlkindən fərqli olaraq universitetlərə icazə verilib ki, kitabın tədrisini məcburi fənlər siyahısından çıxarsınlar.

İxtisasca diş həkimi olan Berdıməhəmmədov 2006-cı ildə hakimiyyətə gələnəcən heç bir kitab yazmayıb.

2008-ci ildə onun türkmən atları haqda kitabı çap edilib.

Dövlət mediası bu yaxınlarda xəbər yayıb ki, prezident "Axaltəkə atları - bizim qürur və şöhrətimiz" adlı həmin kitabın davamını yazmağa başlayıb.

Həmçinin oxu
Türkmənistan prezidentini hələ belə görən olmamışdı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG