Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:29

Suriya Qızıl Xaçı həbsxanasına buraxır


Suriya Dəməşqdəki əsas həbsxanasını Qızıl Xaçın üzünə açıb. Ekspertlər hesab edirlər ki, bu addım beş aydan bəri həbs olunmuş məhbusların taleyinə aydınlıq gətirməyə kömək edə bilər.

Bir neçə gün əvvəl Suriya hakimiyyəti yenidən etirazçılara qarşı zoraklılıq törətməkdə ittiham olunmuşdu. Bu zaman azı 10 adamın öldüyü deyilirdi.

Bir neçə aydır ki, Suriyada Bashar al-Assad rejiminə son qoyulması üçün etiraz aksiyaları keçirilir.

BMT-nin hesablamasına görə, etirazlar başlayandan bəri 2 mindən çox adam öldürülüb.
XS
SM
MD
LG