Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 00:49

Əl Qaidənin rəhbərlərindən biri Pakistanda yaxalanıb

Pakistanda Əl Qaidənin rəhbərlərindən biri Yunis al Mauritani yaxalanıb.

Pakistan ordusunun məlumatına görə, Kvetta şəhəri ətrafında keçirilmiş əməliyyat zamanı onunla yanaşı təşkilatın 2 üzvü də ələ keçirilib.

Hərbçilərin məlumatına görə al Mauritani Usama Bin Ladenin şəxsi göstərişiylə ABŞ-ın
Avropa və Avstraliyadakı vacib obyektlərinə qarşı terror aktları hazırlayırmış.
This item is part of
XS
SM
MD
LG