Keçid linkləri

2026, 24 Avqust, bazar ertəsi, Bakı vaxtı 10:02

Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrdən birində əsgər ölüb

Arxiv foto
Arxiv foto
Sentyabrın 2-də Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrdən birində əsgər ölüb.

Adının çəkilməsini istəməyən hərbi hissə zabitinin AzadlıqRadiosuna verdiyi məlumata görə, hadisə iki əsgər arasında yaranan mübahisə nəticəsində baş verib.

Beyləqan rayonundan hərbi xidmətə çağırılan əsgər Elçin Babazadə mübahisə zəmnində əsgər yoldaşı Tural Əkbərovu güllələyib.

Tural Əkbərov aldığı güllə yarasından vəfat edib.

Məsələyə Müdafiə Nazirliyindən məsələyə münasibət öyrənmək cəhdlərimiz baş tutmadı.
This item is part of
XS
SM
MD
LG