Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev sentyabrın 5-də Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortla görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və Avropa
Birliyinin bu məsələdə rolu barədə fikir mübadiləsi aparılıb.
Filip Lefort Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərilə də görüşüb.