Keçid linkləri

2026, 06 İyun, şənbə, Bakı vaxtı 06:38

İranın şimal-qərbində döyüş gedir

İranın şimal-qərbində hökumət qoşunlarıyla kürd yaraqlıları arasında toqquşmalar gedir.

İranın kütləvi informasiya vasitələri 22 yaraqlının öldürüldüyünü xəbər verirlər.

Amma bu məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Həmçinin azı 2 İran əsgərinin öldürüldüyü bildirilir.

İran ordusu iyuldan bu bölgədə kürd yaraqlılarına qarşı hərbi əməliyyatlar aparır.

Yaraqlıların bazaları İran-İraq sərhəddindəki dağlıq ərazidə yerləşir.
This item is part of
XS
SM
MD
LG