Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:06

Qahirədə Hosni Mubarakın məhkəməsi gedir


Qahirədə keçmiş prezident Hosnu Mubarakın məhkəməsi bərpa olunub.

Məhkəmə binasının qarşısında onun tərəfdarlarıyla əlehdarları arasında toqquşma olub.
83 yaşlı Mubarak iclas zalına xəstəxanadan xərəklə gətirilib.

Əvvəlki proseslərdən fərqli olaraq bu dəfə məhkəmədən canlı yayım olmayacaq.

Keçmiş prezident korrupsiya və ilin əvvəllərində yüzlərlə nümayişçinin qətlində ittiham olunur.

Mubarakla yanaşı onun iki oğlu, keçmiş daxili işlər naziri və daha 6 keçmiş məmur da məsuliyyətə cəlb olunub.
XS
SM
MD
LG