Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 18:33

Fransanın eks-prezidenti Jak Şirakla bağlı məhkəmə başlayır

Bu gün Fransanın keçmiş prezidenti Jacques Chiracla (Jak Şirak) bağlı Parisdə məhkəmə başlayır. O, korrupsiya itihamı ilə üzləşib.

Jacques Chirac 1995-2007-ci ildə Fransanın prezidenti olub.

Əgər ittiham təsdiqlənsə, onu 10 ilə qədər həbs cəzası və 150 min avroluq cərimə gözləyir.

Məhkəmə başlanan zaman Chiracın vəkilləri bildiriblər ki, səhhətində problemlər yaşaması 78 yaşlı keçmiş prezidentin məhkəmədə iştirakını əngəlləyə bilər. O, bir neçə il əvvəl aldığı zədədən uzun müddət əziyyət çəkib. Bu halda mümkündür ki, məhkəmə Chiracın səhhətinin bərpa olunmasını gözləsin.
This item is part of
XS
SM
MD
LG