Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

İlin sonunadək ipoteka faiz dərəcələri azaldıla bilər


İpoteka faiz dərəcələri azaldıla bilər. Bunu Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib. APA-nın məlumatına görə, Elman Rüstəmov deyib ki, onlar ipoteka qaydalarına dəyişik haqqında sənədləri və yeni ipoteka proqramı ilə bağlı layihənin üzərində işləri artıq yekunlaşdırırlar: “Ümid edirəm ki, yaxın aylarda hər iki sənədi qəbul edə biləcəyik”.

E. Rüstəmovun sözlərinə görə, əhalinin ipoteka kreditindən daha kütləvi və asan istifadə edə bilməsi üçün şərtlərdə bir sıra radikal dəyişiklər ediləcək. Dəyişiklər arasında ipoteka kreditinin məbləğinin artırılması, o cümlədən yeni tikililərdən mənzil almağa imkan verilməsi, ipoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınması var.

E. Rüstəmov bu sənədin ilin sonuna kimi qəbul olunmasının gözləndiyini də vurğulayıb.
XS
SM
MD
LG