Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 18:05

Urmiya və Təbrizdə yeni etirazlar (VİDEO)


Urmiyalilar Küçələrdə (Etiraz)
Gözlə

No media source currently available

0:00 0:00:32 0:00
Direct-ə keçid

Sentyabrın 3-ində Urmiya və Təbriz şəhərlərində azərbaycanlı milli fəallar bir daha kütləvi etiraz aksiyaları keçiriblər.Yükləyib: Vahid Qarabağlı

Sentyabrın 3-də Urmiyə Təbriz şəhərlərində yenidən kütləvi etiraz nümayişləri baş verib. Urmiyə gölünün qurumasına qarşı etiraz çağırışına cavab olaraq minlərlə adam küçələrə çıxıb. Etiraz yürüşləri polis qüvvələri tərəfindən dağıdılıb.

Bu haqda AzadlıqRadiosuna məlumat verən İranda Azərbaycanlı Siyasi Məhbsuların Müdafiə Assosasiyasının sözçüsü Vahid Qaradağlı bildirib ki, polis gözyaşardıcı qaz və rezin gülələrdən istifadə edib. Onun sözlərinə görə, onlarla nümayişci həbs olunub. Onların sayı və adalrı dəqiqləşdirilir.

Sosial şəbəkələrdə də Təbriz və Urmiyə şəhərlərindəki nümayişlər haqda çoxlu məlumatlar yayılır, hökümət qüvvələrinin və mülki geyimli dəstələrin nümayişçilərə hücum etdiyi xəbər verilir. Hadisələrin görüntüləri də yayılır.

Xatırladaq ki, İranda Azərbaycan milli fəalları Urmiyə gölünün sürətlə qurumasına qarşı etiraz kampaniyasına başlayandan bəri İranın Urmiyyə, Təbriz və digər şəhərlərində nümayişlər olub.

HADİSƏ YERİNDƏSƏN? VƏZİYYƏTLƏ BAĞLI MƏLUMATIN VAR? Bizimlə əlaqə saxla.
Video və fotoları SİMSİZ TELEQRAF bölməsinə göndər


YouTube portalında yayımlanan bu görüntülərin Təbrizdə, etiraz nümayişləri zamanı lentə alındığı bildirlir. AzadlıqRadiosunun görüntülərin tarixini və yerini dəqiqləşdirmək imkanı yoxdur



Şərhlər (3)

Bu forum dayandırılıb
XS
SM
MD
LG