Keçid linkləri

2026, 18 Aprel, şənbə, Bakı vaxtı 17:03

Doktoranturada oxuyanlara hərbi xidmətdən möhlət hüququ verilir

Şəmsəddin Hacıyev
Şəmsəddin Hacıyev
Milli Məclisin Elm və təhsil komitəsi doktoranturada oxuyanlara hərbi xidmətdən möhlət hüququnun verilməsinin tərəfdarıdır.

Bunu jurnalistlərə komitənin sədri Şəmsəddin Hacıyev deyib. Bu məsələ «Elm haqqında» qanun layihəsində yer alıb.

«Möhlət hüququ verilməli olan doktorantların sayı 500-dən çox deyil. Burada söhbət hərbi xidmətdən azad olunmaqdan getmir. Hər bir Azərbaycan vətəndaşı vətən qarşısında öz borcunu ödəməli, hərbi xidmət keçməlidir», - Ş.Hacıyev deyib.

«Elm haqqında» qanun layihəsi Parlamentin payız sessiyasında müzakirə olunacaq. /Trend/
This item is part of
XS
SM
MD
LG