Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Bütün siyasi məhbuslar oktyabra qədər azadlığa çıxacaq


Belarusda ötən ilin prezident seçkilərindən sonrakı etirazlara görə həbs edilən 4 müxalifət fəalı sentyabrın 2-də azadlığa buraxılıb. Prezident Alyaksandr Lukashenkanın sözçüsü deyib ki, önlar öz günahlarını anladıqları üçün prezident tərəfindən əfv ediliblər.

Amma azadlığa buraxılanlardan biri - Aleh Hnedchyk AzadlıqRadiosuna deyib ki, o günahını etiraf edən sənədi imzamaqdan imtina edib.

Bundan öncə Bolqarıstan nümayndəsi demişdi ki, Belarus prezidenti Avropa Birliyi ilə münasibətləri düzəltmək üçün oktyabr ayına qədər siyasi məhbusları azadlığa buraxmaq vədi verib.

2010-cu ilin president seçkilərindən sonra 700-ə yaxın fəal həbs edilmişdi, onların 20-yə yaxını hələ də həbsdədir.
XS
SM
MD
LG