Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:45

Taliban 30 pakistanlı uşağı girov götürüb


Pakistan rəsmiləri bildirirlər ki, Taliban hərbçiləri Əfqanıstan sərhədini səhvən keçmiş 30 pakistanlı uşağı girov götürüb.

Məlumatlara görə, hadisə sentyabrın 1-də baş verib. 12-18 yaşında olan oğlanlar Pakistanın Bajaur regionuna Ramazan bayramını keçirmək üçün gəliblərmiş. Onlar Əfqanıstanın Kunnar vilayətinə daxil olublar və burda oğurlanıblar.

Aydın deyil ki, uşaqları Əfqanıstan, yoxsa Pakistan Talibanı girov götürüb.

Pakistanın daxili işlər naziri Rehman Malik bildirib ki, Əfqanıstan hökuməti ilə əlaqə yaradıb və uşaqların azad olunması üçün tədbirlər görməsini xahiş edib.
XS
SM
MD
LG