Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Mingəçevir yaxınlığında benzindaşıyan maşın aşıb, partlayış təhlükəsi var


Aran-Mingəçevir yolunun 5-ci kilometrliyində sentyabrın 1-i axşam saatlarında benzindaşıyan yük maşını minik avtomobili ilə toqquşub. APA-nın məlumatına görə, hər iki maşının sürücüsü yaralanıb, yük maşınında olan 30 ton benzin əraziyə dağılıb.

Təhlükəsizlik səbəbilə qəza baş verən ərazidə nəqliyyatın hərəkəti axşam saatlarından etibarən dayandırılıb. Aran-Mingəçevir yolu hələ də bağlıdır. Şahidlərin sözlərinə görə, qəza baş verən əraziyə yaxınlaşmaq mümkün deyil, ətrafa kəskin iy yayılıb. Partlayış baş vermə ehtimalı olduğuna görə qəza baş verən ərazidə xilasetmə işləri aparmaq, avtomobilləri qaldırmaq üçün ağır texnika cəlb etmək mümkün olmayıb. Xilasetmə işləri benzin tam axıb qurtardıqdan sonra başlayacaq. Faktla bağlı Yevlax şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qəza baş verən ərazinin yaxınlığından dəmiryolu xətti keçir. «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov APA-ya bildirib ki, Mingəçevir ərazisində baş verən qəza sərnişin və yük qatarlarının hərəkətinə təsir göstərməyib. Belə ki, hadisə olan ərazidə yalnız ikinci dərəcəli dəmir yolu müvəqqəti olaraq bağlanıb.
XS
SM
MD
LG