Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 07:24

Dörd ölkə prezidenti Əfqanıstanı müzakirə edəcək


Əfqanıstan, Pakistan, Rusiya və Tacikistan prezidentlərinin Düşənbədə görüşü gözlənir. Məlumatlara görə, prezidentlər ölkələri arasında ticarət əlaqələri və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Rusiya prezidentinin mətbuat xidmətinin məlumatına görə, prezidentlərin görüşündə həmçinin gələcəkdə də Əfqanıstanda terrorizmə, qanunsuz narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə, o cümlədən, ölkədə iqtisadi inkişaf məsələlərinə də diqqət yetiriləcək.

Tacikistan Xarici İşlər nazirliyindən isə bildirirlər ki, yollar və dəmir yolları ilə bağlı regional layihələr də dörd ölkə prezidentinin xüsusi diqqət mərkəzində ola bilər.

Onların sammitdən sonra birgə bəyanatla çıxış etməsi gözlənir.
XS
SM
MD
LG