Keçid linkləri

2026, 11 Oktyabr, bazar, Bakı vaxtı 04:01

Avropa Birliyi Liviyaya qarşı sanksiyaları götürüb

Liviya üsyançıları Qaddafi tərəfdarlarına verdikləri ultimatumun vaxtını 1 həftə uzadıb.

Əgər Qaddafi qüvvələri Sirt şəhərini verməsələr hücum başlayacaq.

Avropa Birliyi bu gün Liviyanın 6 dəniz limanı, bir neçə neft şirkəti və banklarına qarşı tətbiq etdiyi sanksiyaları götürüb.

Bu gün Parisdə Iiviyanın gələcəyiylə bağlı beynəlxalq konfrans başlanır.

Konfransa bir neçə saat qalmış Rusiya Liviya üsyançılarının yaratdığı ötəri milli şuranı tanıyıb.

Hazırda Liviya ərazisinin əksər hissəsi ötəri milli şuranın nəzarətindədir.
This item is part of
XS
SM
MD
LG