Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:17

Liviya üsyançılarının diplomatik qələbəsi


Fransa prezidenti Nicolas Sarkozy və Milli Keçid Şurasının üzvü Mahmud Jibril
Fransa prezidenti Nicolas Sarkozy və Milli Keçid Şurasının üzvü Mahmud Jibril
Rusiya sentyabrın 1-də üsyançıların yaratdığı Milli Keçid Şurasını Liviyanın legitim hökuməti kimi tanıyıb. Rusiyanın bu bəyanatı Parisdə Liviyanın gələcəyi ilə bağlı beynəlxalq konfransın başlanmasından bir neçə saat əvvələ təsadüf edib.

Bir neçə ay idi ki, rəsmi Moskva Milli Keçid Şurasının legitimliyini tanımaqdan imtina edirdi və Qaddafi rejimini devirməkdə üsyançılara kömək edən NATO hərbi əməliyyatlarını pisləyirdi.

RUSİYA ÖZ XEYRİNİ GÜDÜR


Rusiyanın hazırkı addımı onun Şimali Afrika ölkəsində öz iqtisadi maraqlarını qorumaq naminə atılmış bir addım kimi dəyərləndirilir. Belə ki, Rusiya firmaları neft və hərbi müqavilələr sahəsində itki təhlükəsilə üz-üzə qalmışdılar.

Sentyabrın1-i Liviya ilə bağlı Parisdə keçirilən beynəlxalq konfransda 60 dövlət başçısı, o cümlədən Liviyanın Əlaqə Qrupunun nümayəndələri də iştirak edirlər. Gözlənilir ki, görüşdə əsas müzakirə mövzusu Liviyanın Qərb banklarında dondurulmuş milyonlarla dollar vəsaitləri olacaq.

ABŞ-ın dövlət katibi Hillary Clintonun da toplantıya qoşulacağı gözlənilir.

FRANSA LİVİYAYA 1,5 MİLYARD DOLLAR VERİR

Çinin aparıcı rəsmi qəzeti «The People's Daily» xəbərdarlıq edir ki, Liviyada müharibədən sonrakı yenidənqurma işlərinə BMT başçılıq etməlidir.

Parisdəki tədbirə Çin öz nazirini yollayıb.

Fransanın xarici işlər naziri Alain Juppe deyib ki, ölkə banklarında dondurulmuş 1,5 milyardı Liviyaya verməklə bağlı razılıq əldə edilib.

Qaddafiyə qarşı vuruşan üsyançılar
Moskva tərəfindən tanınmaq və Fransa banklarında dondurulmuş vəsaitin onlara verilməsi Milli Keçid Şurası üçün mühüm diplomatik qələbədir.

Fransanın xarici işlər naziri Alain Juppe deyir ki, Liviyada humanitar vəziyyəti yaxşılaşdırmaq, su, yanacaq və elektrik enerjisi ilə təchizatı bərpa etmək üçün Milli Keçid Şurasının pula ehtioyacı var.

Britaniyanın elçisi John Jenkins isə jurnalistlərə deyib ki, Britaniya Kral Hava Qüvvələri Liviyanın yeni hökuməıti üçün yeni çap olunan 227 milyon dollar pul çatdırıb. Bu da dövlət işçilərinin maaşlarının ödənilməsinə və bank sektorunun dəstəklənməsinə yönələcək:

«Mən həqiqətən də şadam, bu Liviya əhalisi üçün fantastik Ramazan bayramı hədiyyəsidir. Bu pullar Liviya əhalisinə məxsusdur».

QADDAFİNİN OĞULLARI BİR-BİRİNƏ ZİDD DANIŞIR

Qaddafinin özünün harada olduğu bilinmədiyi vaxtda oğullarından ikisi bir-birinə zidd bəyanatlarla çıxış ediblər.

Saif al-Islam telekanallardan birinə səs yazısını göndərib. Orada bildirib ki, Qaddafi tərəfdarları döyüşsüz təslim olmayacaqlar:

Saadi və Saif al-Islam
«Sirtdə hazırlıqla bağlı biz üsyançılara deyirik ki, gəlin şəhərə və hər şeyi görəcəksiz. Elə düşünürsüz ki, şəhərə daxil olmaq asan məsələdir. Bura Qaddafi tərəfdarları üçün birinci dərəcəli yerdir. Sirtdə 20 mindən çox silahlı adam var və onlar hazır vəziyyətdədirlər. Biz qələbə çalmaq və irəli getmək üçün döyüşə gedirik».

Üsyançılar isə təslim olmaq üçün Qaddafi tərəfdarlarına bu şənbə gününədək vaxt veriblər. Əks halda hücuma keçəcəklərini bildiriblər.

Bu arada, Qaddafinin digər oğlu Saadi isə deyib ki, qan axıdılmasına son qoymaq üçün Liviya Milli Keçid Şurası ilə danışıqlara başlayıb. Saadi Al-Arabiya telekanalına bildirib ki, Sirtdə sülh danışıqlarına başlamaq üçün atasından səlahiyyət alıb.

«Reuters»ə müsahibəsində Milli Keçid Şurasının hərbi komandiri Abdel Hakim Belhadj isə deyib ki, təhlükəsizliyi təmin olunacağı müqabilində Saadi Şuraya keçmək istəyir.

CNN isə bir müddət əvvəl məlumat yayıb ki, Saadi təslimlə bağlı planının olmadığını deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG