Sentyabrın 1-də Səbail rayon Məhkəməsində 2 aprel aksiyası zamanı həbs olunan 4 nəfərin - Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlının işi üzrə proses davam edir.
Vəkillər vəsatət qaldırıblar ki, müdafiə etdikləri şəxslər qəfəsdən çıxarılsın və onların yanında oturmalarına şərait yaradılsın. Vəkillərin bu vəsatəti təmin olunub.
Daha sonra vəkillər məhkəmənin 2 aprel aksiyaçılarından 6-sı haqqında çıxardığı hökmə etiraz ediblər. Həmin hökmdə Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı aksiyanın təşkilatçıları kimi göstərilir. Halbuki, bu barədə hələ məhkəmə hökm çıxarmayıb. Vəkillər deyiblər ki, bu fakt hazırkı məhkəmə prosesinin ədalət və obyektivliyini şübhə altına alır.
Vəkillərin daha bir vəsatəti 2 aprel aksiyasında tutulan və artıq hökmü çıxarılan şəxslərin də məhkəmədə şahid kimi dindirilməsi ilə bağlı olub.
Məhkəmə prosesində hazırda fasilədir.
Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar.
İttiham təsdiqlənərsə, onları 3 ilə qədər həbs cəzası gözləyir.