Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:35

«Eurovision» rəhbərliyi Bakıda rəsmilərlə görüşüb


«Eurovision» mahnı müsabiqəsinin rəhbərliyi Bakıda Azərbaycanın Birinci ledisi Mehriban Əliyeva və Gənclər və İdman naziri Azad Rəhimovla görüşüb.

Müsabiqənin icraçı direktoru Yon Ola Sand (Jon Ole Sand) AzadlıqRadiosuna deyib ki, onlar Azərbaycan hökuməti nümayəndələrini öz fəaliyyətləri ilə tanış ediblər:

««Eurovision» müsabiqəsi nə deməkdir, bu haqda danışdıq. Azərbaycanın müsabiqəyə hazırlığı, onların «Eurovision» mahnı müsabiqəsinə necə dəstəyi ola bilər və s. Mən bir qədər də bizim tələblərimiz barədə onlara məlumat verdim».

«Eurovision» mahnı müsabiqəsinin Məşvərət Qrupu Bakıya 3-cü dəfədir gəlir.

Müsabiqəyə qədər Məşvərət Qrupu ilə bir neçə belə görüşün keçiriləcəyi gözlənilir.
«Eurovision 2012» mayın 22-26-sı Bakıda keçiriləcək.

Müsabiqəyə 40-dan çox ölkənin qatılacağı gözlənilir.
XS
SM
MD
LG