Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:30

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub


Baş Prokurorluq
Baş Prokurorluq
Prokurorluq orqanlarında kadr dəyişiklikləri olub.

Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Ramiz Rzayev Bakı şəhər Prokurorluğunun Müraciətlərə baxılması şöbəsinin böyük prokuroru vəzifəsinə təyin olunub.

Bundan başqa, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi Günel Əkbərova tutduğu vəzifədən azad olunmaqla, ona Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi vəzifəsinin icrası həvalə edilib.
XS
SM
MD
LG