Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:55

İspaniyada «pomidor döyüşü» festivalı keçirilib


Festivaldan görüntü
Festivaldan görüntü
Avqustun 31-də dağılan pomidor suyu ilə İspaniyanın Bunol şəhəri qırmıza boyanıb.

Şəhərdə on minlərlə macəra həvəskarı bir-birinə pomodr atıb, fevtival keçirirlər. Rəsmilər builki pomidor festivalında 120 ton məhsulun istifadə edildiyini deyirlər.

Bu şəhərə Yaponiya, Hindistan, ABŞ kimi ölkələrdən gələn turistlərlə birlikdə 45 min adamın bir-birini pomidor atəşinə tutuduğu, şəhərin küçələrində bəzi yerlərdə pomidor suyundan sel axdığı haqqında məlumatlar var.

Şəhər rəhbərliyinin 120 ton məhsulu zay edərək israfçılıq etməsi barədə mümkün tənqidlərə isə merin sözçüsü Rafael Perez belə cavab verib: «Bu festivala təxminən 100 000 avro pul xərclənib. Təkcə 30 min avro pomidora pul verilib. Amma bu pul turistlərin şəhərdəki xərcləri hesabına özünü doğruldur».

«Tomatino» festivalı 66 ildir keçirilir.
XS
SM
MD
LG