Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

«Eurovision» Mahnı Müsabiqəsinin Məşvərət qrupu Bakıda ilk iclasını keçirir


Avqustun 31-də «Eurovision» Mahnı Müsabiqəsinin Məşvərət qrupu Bakıda ilk iclasını keçirəcək. İctimai Televiziya Məşvərət qrupunun üzvlərini gələn ilin mayında keçiriləcək müsabiqəyə hazırlıq bağlı məlumatlandıracaq, təşkilati məsələlər müzakirə olunacaq.

Müsabiqəyə qədər Məşvərət qrupu ilə bir neçə belə görüşün keçiriləcəyi gözlənilir.

«Eurovision 2012» mayın 26-da bakıda keçiriləcək. Mayın 22-i və 24-də isə iki yarımfinal konserti olacaq. Müsabiqəyə 40-dan çox ölkənin qatılacağı gözlənilir.
XS
SM
MD
LG