Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 04:40

Mehriban Əliyeva ABŞ səfirindən nəyi xahiş edib?


Mehriban Əliyeva
Mehriban Əliyeva
«Wikileaks» saytının açıqladığı sənədlərdən birində iddia edilir ki, Azərbaycanın birinci ledisi ABŞ-ın Azərbaycandakı səfirindən xahiş edib ki, onu ABŞ-ın ovaxtkı birinci ledisi Laura Buşla (Laura Bush) görüşdürsün.

Qeyd edildiyinə görə Mehriban Əliyevanın ABŞ-a səfər planında ona ABŞ-da Azərbaycanın keçmiş səfiri Hafiz Paşayev yardımçı olub. İndi Azərbaycanın Xarici İşlər nazirinin müavini olan Hafiz Paşayev ABŞ səfirinə deyib ki, bu səfərdə Mehriban Əliyeva Milli Məclisin yeni üzvü və ABŞ-Azərbaycan Parlamentlərarası Qrupun sədri kimi iştirak edəcək.

Bu səfər həm də onun UNESCO-nun xoşməramlı səfiri kimi rolunu işıqlandıracaq və Azərbaycan musiqisi və mədəniyyətinə dair tədbirlərdən ibarət olacaq.

Məktuba görə nazir müavini bildirib ki, senator Riçard Luqarın (Richard Lugar) tövsiyəsinə əsasən birinci ledi ABŞ-a noyabrda keçiriləcək seçkidən sonra səyahət etməyi düşünür. Bu səfər üçün də ABŞ hökumətindən məsləhət və köməkçi istəyir.
Həmçinin bax:

Paşayev bu görüşün mümkünlüyü və vaxtının təyin olunması haqda səfirliyin tövsiyəsini xahiş edib. Səfərin əsas məqsədinin də dini baxımdan tolerant və qadınların hüquqlarını qoruyan bir müsəlman ölkəsi kimi Azərbaycanın rolunu göstərmək olduğunu deyib.

O bildirib ki, Əliyevanın şəxsi imici və yaxşı təşkil olunmuş proqram Azərbaycanın da bu imicini göstərməyə kömək edəcək. Həmçinin qeyd edib ki, Əliyevanın sədrlik etdiyi Heydər Əliyev Fondunun bu il Bakıda dini tolerantlıq mövzusunda təşkil edəcəyi beynəlxalq konfransa dəstək verilməsi də Vaşinqtonda müzakirə mövzusu ola bilər:

Laura Buş
"Paşayev dedi ki, Əliyeva həm də «Müsəlman ölkələrində qadınların liderliyi» mövzusuna həsr edilmiş bir tədbir həyata keçirməkdə də maraqlıdır. Ola bilsin ki, Beyli Hatçison (Bailey Hutchinson), Hillari Klinton (Hillary Clinton) və Syuzan Kollins (Susan Collins) kimi senatorların iştirakı ilə...

Əliyeva istərdi ki, hansısa ABŞ universitetində ya çıxışı olsun, yada bir tədbirə qatılsın, məsələn, Con Hopkins Universitetinin balansındakı Mərkəzi Asiya və Qafqaz İnstitutunda bu, baş tuta bilər (Paşayevin bu institutda Fred StarrSvante Kornellə (Svante Cornell) əlaqələri var).

ABŞ siyasətşünası Zbiqnev Bjezinski (Zbigniew Brzezinski) Əliyevanı təqdim etməyə razılaşıb. Əliyeva özü ilə Azərbaycan musiqiçiləri də gətirmək niyyətindədir və mədəniyyət tədbiri də təklif edir. Onun ABŞ-Azərbaycan Ticarət Palatasında hər hansı tədbirə qatılmaq fikri var." - deyə məktubda qeyd edilir.

«Wikileaks» saytında yayılan məktuba görə səfirlik hesab edir ki, Əliyevanın dini tolerantlıq, qadın hüquqları və təhsilə marağı və təşkil etmək istədiyi konfransda ABŞ-la birgə işləmək istəyi bu sahələrdə dialoqumuzun gücləndirilməsi baxımından da faydalı ola bilər. Və Dövlət Departamentindən xahiş olunur ki, Birinci ledi Laura Buşla görüşün mümkünlüyü barədə məlumat verilsin.

«Wikileaks» saytının ABŞ diplomatlarının dünyanın müxtəlif ölkələrindən göndərdikləri gizli məktublar olduğunu iddia etdiyi teleqramları yayması beynəlxalq qalmaqala səbəb olub. ABŞ belə gizli sənədlərin yayılmasını qanunsuz adlandırır və buna görə müttəfiqlərindən çoxundan üzr istəyib. Həmin məktubların bir çoxunda ABŞ diplomatlarının işlədikləri ölkələrin rəhbləri haqqında tənqidi fikirləri də əks olunur.
XS
SM
MD
LG