Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:48

ABŞ Suriya rəsmilərinə qarşı sanksiyaları kəskinləşdirir


ABŞ Suriya rejiminə qarşı sanksiyaları kəskinləşdirir.

Birləşmiş Ştatların maliyyə nazirliyi çərşənbə axşamı Suriyanın xarici işlər naziri Valid al Moallim və Suriya hökumətinin daha 2 yüksək səlahiyyətli rəsmisinin bank hesablarını dondurub.

Suriyanın hüquq müdafiəçiləri bu gün daha 7 nümayişçinin öldürüldüyü xəbər verirlər.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 2200-ə yaxın adamın öldürüldüyünü, minlərlə adamın həbs edildiyini və işgəncələrə məruz qaldığını bildirir.
XS
SM
MD
LG